Milli baş məşqçi ilə yollarını ayıracaq

10:30 - 11 Avqust 2022

Vahid Halilhociç Mərakeş millisinin baş məşqçisi postundan istefaya göndərilib.

Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı məşqçi ilə müqaviləyə yaxın günlərdə xitam veriləcək.

Mərakeş millisi 70 yaşlı mütəxəssisin rəhbərliyi altında 30 matçda 20 qələbə, 7 heç-heçə edib, 3-də uduzub.

Təcrübəli məşqçi əvvəllər “Nant”, PSJ, “Trabzonspor” və “Dinamo” (Zaqreb) klublarını çalışdırıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib.

 

Xəbər xətti