İslam Həmrəyliyi Oyunların: Millimiz yarımfinalda

20:37 - 11 Avqust 2022

Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışının qrup mərhələsinin sonuncu turunda “B” qrupunda yer alan Azərbaycan və İran komandaları qarşılaşıblar.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi oyunun ilk hissəsindən aşkar üstün oyun nümayiş etdirərək qalib gəlib – 16:07. Matçın ikinci hissəsində həndbolçularımız rəqibin inadlı müqavimətini qıraraq qələbəni təmin ediblər – 11:09.

 

Beləliklə, yekun nəticədə 27:16 hesabı ilə qələbə qazanan Azərbaycan yarımfinala yüksəlib.

 

Oyunu qətərli hakimlər briqadası idarə edib.

Xəbər xətti