Moldova millisinin üzvü: "Sumqayıt"da qalmağım üçün nə lazımdırsa etdiyimi düşünürdüm"

"Şerif"in futbolçusu Aleksandr Belausov bir müddət əvvəl "Sumqayıt"ın düşərgəsində olsa da, komandada saxlanılmamışdı.

Sportal.az saytına açıqlama verən Moldova millisinin 24 yaşlı müdafiəçisi "kimyaçılar"la müqavilə imzalaya bilməməsini bu cür şərh edib:

"Düzünü desəm, özüm də heç nə başa düşmədim. Çünki iki oyunda iki assist etmişdim. Deyilənə görə, agent klub prezidenti ilə anlaşa bilmədi. Amma mən komanda ilə birlikdə Türkiyəyə toplanışa yollanacağımı ehtimal edirdim. Çünki birinci və ikinci oyunda assist etdim. İkinci matçda penalti qazandım.

Düşünürdüm ki, nə lazımdırsa, edə bildim. Amma qazaxıstanlı futbolçu ilə müqavilə imzaladılar. Bildiyim qədərilə şərtlər o qədər də yüksək deyildi, amma o futbolçu komandada qaldı. Belə başa düşdüm ki, onlara daha güclü legionerlər lazımdı. Bu da onların öz seçimi, haqqıdı. Düzünü desəm, orada hər şeyi bəyəndim, əla idi. “Sumqayıt”ın düşərgəsindən ayrıldıqdan sonra ölkəmə qayıtmışam və “Milsami”də oynayıram".

Mirbağırağa

Tarix: 16 Avqust [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio