"Qarabağ"ın oyununa əlavə biletlər satışa çıxarıldı

19:40 - 19 Avqust 2022

Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı üçün satışa əlavə biletlər çıxarılıb.

Sportal.az xəbər verir ki, bu barədə Plzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Avqustun 23-də "Dusan Aren"da baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Bakıda oynanılan ilk matç qolsuz bərabərliklə başa çatıb.

Xəbər xətti