Azərbaycan - Qazaxıstan matçının hakimləri dəqiqləşdi

Millətlər Liqasının qrup mərhələsinin son turunun Azərbaycan - Qazaxıstan görüşünün hakimləri dəqiqləşib.

Sportal.az xəbər verir ki, matçı almaniyalı Harm Osmers idarə edəcək.

Ona Robert Kempter və Dominik Şaal köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.

Millimizin qazaxlara qarşı oyunu sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək və 20:00-da start götürəcək. 

Tarix: 22 Sentyabr [12:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio