Türkiyə millisində 4 itki: Düşərgəni tərk etdilər

13:11 - 23 Sentyabr 2022

Millətlər Liqası qrup mərhələsinin son turunda Farer Adaları ilə qarşılışacaq Türkiyə millisinin heyətində ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, Lüksemburqla dünən baş tutan matçda (3:3) Merih Demiral, Çağlar Söyüncü və Orkun Kökçü zədələnib. Sarı vərəqə alan Cengiz Ünder isə cəzalı duruma düşüb.

 

Adları çəkilən futbolçuların hamısı millinin düşərgəsini tərk edib. Onların əvəzinə Cenk Özkaçar ("Valensiya"), Ravil Taqir ("Vesterlo"), Umut Bozok ("Trabzonspor") və Berkay Özcan ("Başakşehi") yığmaya çağırılıb.

 

Qeyd edək ki, Farer Adaları - Türkiyə qarşılaşması 25 sentyabr tarixində baş tutacaq.

Xəbər xətti