İlkin Fikrətoğlu hazırladı: De Byazi, de! Ye, Byazi, ye! - VİDEOSÜJET

21:07 - 27 Sentyabr 2022

UEFA Millətlər Liqasında Azərbaycan millisi üçün daha bir mövsüm bitdi.

 

6 oyundan 10 xal toplayan milli qrupu 2-ci sırada bitirdi.

 

İlk 4 oyunda uğursuz çıxışla yüksək diviziona vəsiqə qazanmaq şansını itirən komandamız formal xarakter daşıyan son turlarda Slovakiya və Qazaxıstanı məğlub etməklə ilk dəfə olaraq rəsmi oyunlarda ardıcıl 3 qələbə qazandı.

 

Bundan sonra isə yığmanın italyan baş məşqçisi Canni de Byazinin dili açıldı, nə açıldı.

 

Burada olduğu 2 ildə cəmi 5 qələbə qazanan de Byazi jurnalistə xitabən "Azərbaycan nə vaxtsa 3 ardıcıl qələbə qazanıb" replikası ilə bütün ölkəyə minnət qoydu.

 

Sportinfo. TV-nin redaktoru İlkin Fikrətoğlu uduzanda futbolçularını "xarakteriz" adlandırıb, udanda "onlarla fəxr edirəm" italyana öz videosüjetində cavab verib.

 

Xəbər xətti