Messi PSJ-dən ayrılacaq

20:14 - 28 Sentyabr 2022

PSJ-nin hücumçusu Lionel Messi komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatan ulduz futbolçu Fransada qalmayacaq. 35 yaşlı forvard Paris klubunun rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib.

 

Qeyd edək ki, Messi PSJ-yə 2021-ci ilin yayında transfer olunub. Argentina millisinin üzvü Fransa klubunun heyətində meydana çıxdığı 45 matçda 17 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti