Millinin sabiq üzvü karyerasını başa vurdu

10:41 - 30 Sentyabr 2022

Almaniya millisinin sabiq üzvü Qonzalo Kastro aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü yerli mətbuata açıqlamasında bildirib.

35 yaşlı müdafiəçi bu yay "Arminiya"dan ayrıldıqdan sonra özünə komanda tapa bilməyib. Ona görə də Kastro karyerasını başa vurmaq qərarına gəlib.

​"Bayer"(Leverkuzen) yetirməsi olan Qonzalo "Borussiya" və "Ştuttqart"da çıxış edib. O, Almaniya millisində 5 görüşə çıxıb.

 

Xəbər xətti