İngiltərə klubu 18 yaşlı forvardla müqavilə imzaladı

14:49 - 30 Sentyabr 2022

 

"Nyukasl" heyətini 18 yaşlı futbolçu ilə gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sentral Kosta"nın üzvü Qaranq Kuolla anlaşıb.

Avstraliyalı "Nyukasl"la müqavilə imzalasa da, o, yeni klubuna ən yaxşı halda yanvarda qoşulacaq. Buna qədər isə o, son klubunda forma geyinəcək.

Xəbər xətti