"Turan Tovuz"un futbolçusu xəstəxanadan evə buraxıldı

Premyer Liqanın 9-cu turunun "Neftçi" ilə matçında zədələnən "Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyevin durumu ciddi deyil.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb. Futbolçu 2 günlük istirahətin ardından komanda ilə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.

Tarix: 9 Oktyabr [15:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio