"Onun kimi sürətli futbolçu görməmişəm"

17:56 - 29 Noyabr 2022

Danimarka millisinin müdafiəçisi Simon Kyaer Fransanın yığmasının forvardı Kilian Mbappenin çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

Sportal.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, təcrübəli futbolçu Fransa millisinin aparıcı üzvü haqda bunları deyib:

"Düzünü deyim, Kilian inanılmazdır. O, fenomendir və onun üçün çalışan komandası var. Hər kəs qaçır ki, arabir dincəlsin. İstənilən an komandanızı cəzalandıra bilər. Karyeramda onun kimi sürətli futbolçu görməmişəm".

Xatırladaq ki, Fransa millisi dünya çempionatının ikinci turunda Mbappenin dublu sayəsində Danimarkanı 2:1 məğlub edib.

Xəbər xətti