DÇ: FİFA bu millini cərimələdi

10:59 - 2 Dekabr 2022

FİFA-nın İntizam Komitəsi Seneqal Futbol Federasiyasını cərimə edilib.

Sportal.az ali qurumun rəsmi saytına istinadən xəbər verir ki, afrikalılar qrup mərhələsinin üçüncü turunun Ekvadorla (2:1) oyunundan sonra mətbuat konfransında iştirak etməyib.

Buna görə də, Seneqal Futbol Federasiyası 10 min İsveçrə frankı cərimələnib.

Xatırladaq ki, A qrupunda ikinci pilləni tutmuş Seneqal 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.

Xəbər xətti