Ulduz futbolçu milli karyerasını bitirir

Eden Azar Belçika milli komandasındakı karyerasını bitirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Dünya çempionatında istədiyi qədər forma şansı qazana bilməyən "Real"ın futbolçusu yaxın zamanda qərarını açıqlayacaq.

 

Belçika millisi Qətərdə keçirilən mundialda Xorvatiya, Mərake. və Kanadanın olduğu qrupu üçüncü pillədə başa vuraraq turnirdə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Eden Azar Belçika millisinin heyətində meydana çıxdığı 126 matçda 33 qol vurub.

Tarix: 3 Dekabr [18:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Fevral 2023
1  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio