"Qarabağ"ın rəqibi kubok uğrunda mübarizə aparacaq

14:17 - 6 Dekabr 2022

Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Gent" sabah yoxlama görüşü keçirəcək.

Sportal.az xəbər verir ki, Ağdam klubunun qarşılaşacağı belçikalılar Kornelis kuboku üçün oyuna çıxacaq.

Belçika klubu eyni şəhərin digər təmsilçisi "K.R. Gent"lə üz-üzə gələcək.

Matç dekabrın 7-də Gentdə "Çillaks Arena"da keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"la "Gent" klublarının oyunu fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada oynanılacaq.

Xəbər xətti