"Bütün oyunçularım vətən üçün ölməyə hazırdır"

10:56 - 7 Dekabr 2022

Mərakeş milli komandası DÇ-2022-nin 1/8 final mərhələsində İspaniyanı mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Afrika təmsilçisinin baş məşqçisi Valid Reqraqi açıqlama verib. O, futbolçuların vətən üçün ölməyə hazır olduqlarını deyib:

 

"Mərakeş xalqına daha çoxunu vermək istəyirik. Heyətimizlə qürur duyuruq. Futbolçularım möhtəşəm iş gördülər. Oyunda çox enerji sərf etdik. İspanlar bizi topun arxasıyca çox qaçırtdılar. Amma dünyanın ən yaxşı qapıçılarından birinə sahibik. Əziyyətimizin qarşılığını meydanda ala bilmək çox gözəldir. Bütün oyunçularım vətən üçün ölməyə hazırdır".

 

Qeyd edək ki, Mərakeş yığma komandası DÇ-2022-nin 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Xəbər xətti