Kvabena Ovusu: "Burada olmaqdan qürur duyuram"

17:47 - 31 Yanvar 2023

"Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna transfer olunan Kvabena Ovusu sosial şəbəkə hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı qanalı forvard komanda ilə matçlara çıxmaq üçün səbrsizləndiyini bildirib:

 

“Son həftələrdə “Ferentsvaroş” haqda çox şey öyrənmək şansım oldu. Belə böyük ənənəyə malik çox klub tanımıram və burada olmaqdan qürur duyuram.

Budapeştə böyük ambisiyalarla gəlirəm. Komandanın çempionatda və Avropa Liqasında uğur qazanmasına kömək etmək istəyirəm. Heyətimiz güclüdür və komanda ilə görüşməyə, oyunlara çıxmağa səbirsizlənirəm”.

Xəbər xətti