"Premyer Liqanı tərk etmək istəmirik"

18:12 - 31 Yanvar 2023

"Qarabağ"a qarşı oynamağın xüsusiliyi var. Çünki onlar ölkəmizin ən yaxşı klublarından biridir. Onların topa daha çox sahib olacağını gözləmək olardı. Futbolçulara tapşırıqlar vermişdik. Oyunçular əzmkarlıq göstərdi. Onlara təşəkkür edirəm. Gələcəyə ümidlə baxa bilərik ki, daha yaxşı oynayacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib. Premyer Liqanın 20-ci turunun "Qarabağ"la görüşündən sonra mətbuat konfransında danışan Əsgərli jurnalistlərin suallarını cavablandırıb.

- Son dəqiqələrdə qol vurdunuz. Komandanızın oyunundan razı qaldız?
Bəli, razı qaldım. 90 dəqiqə mübarizə aparmağa gücümüz var. Son dəqiqədə qol vurmağımız sevindiricidir. Fərdi səhvlər olsa da, yaxşı mübarizə apardıq.

- Premyer Liqada sanki ilk və ikinci beşliyə bölünüb. Özünüzü mövsümün sonunda ikinci beşliyin harasında görürsüz?
Bacardığımız qədər xallar toplayaraq aşağı pillədən uzaqlaşmaq istəyirik. Premyer Liqanı tərk etmək istəmirik.

- Son pilləni tutan komanda Premyer Liqanı tərk edəcək. Təzyiq var?
Böyük təzyiq yoxdur. Planlaşdırdığımızdan daha yaxşı yerdəyik, tez inkişaf etmişik. Yolumuza baxırıq. Daha yaxşı yerlərə ümid edirik.

Mirbağırağa

Xəbər xətti