"Səbail"lə oyunda bıçaqlanan "Kəpəz"in fanatı əməliyyat edildi

23:30 - 31 Yanvar 2023

"Kəpəz" Premyer Liqanın 20-ci turunun "Səbail"lə səfər görüşündən əvvəl bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat edilib

Həmin azarkeşin həyatı üçün təhlükə yoxdur. Xəstəxanada azarkeşi “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş tək buraxmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

Xəbər xətti