"Fənərbaxça"ya keçəcəkdi, Niderland klubu ilə anlaşdı

19:13 - 1 Fevral 2023

“Adana Dəmirspor”dan ayrıldıqdan sonra klubsuz qalan Artyom Dzyuba Niderlanda yollana bilər.

Sportal.az “De Telegraaf”a istinadən xəbər verir ki, 34 yaşlı forvard “Vitess”lə danışıq aparır. Təcrübəli forvardın tibbi müayinədən keçmək üçün bu gün Niderlanda yollanacağı gözlənilir. Rusiya millisinin sabiq hücumçusu “Adana Dəmirspor”dan ayrıldıqdan sonra “Fənərbaxça”ya keçəcəyi iddia olunurdu.

​“Spartak”, “Tom”, “Rostov”, “Zenit”, “Arsenal”(Tula) klublarında oynamış hücumçu Rusiya yığmasında 55 matça çıxıb 30 qol vurub.

Xəbər xətti