Quluzadə Superliqa klubunda

13:20 - 3 Fevral 2023

İran millisinin yarımmüdafiəçisi Əli Quluzadə iş yerini dəyişib.

Sportal.az xəbər verir ki, o, "Kasımpaşa" ilə anlaşıb.

"Şarlerua"ya məxsus olan 26 yaşlı futbolçu mövsüm sonuna qədər Türkiyədə oynayacaq.

İran millisinin aparıcı üzvünün "Şarlerua" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.

Xəbər xətti