"Barselona"da daha aşağı məbləğə oynamağa hazırdır

12:44 - 3 Fevral 2023

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets daha bir mövsüm klubda qala bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli futbolçunu buraxmaq niyyətində deyil.

O, daha aşağı məbləğə "Barsa"da oynamağa hazırdır.

Buskets bu barədə klub rəhbərliyini məlumatlandırıb. Onun hazırkı komandası ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

 

Xəbər xətti