İsveç və Avstriya ilə matçlardan əvvəl milli komandamızda şok itki

17:30 - 19 Mart 2023

Milli komandamızın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Konyaspor"üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

Xəbər xətti