Cengiz Ünder Ermənistanla matç haqda: "İşimizi görmək üçün bura gəlmişik"

19:53 - 24 Mart 2023

Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Ermənistanın qonağı olacaq.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın futbolçusu Cengiz Ünder matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. 25 yaşlı vinger iki ölkə arasında olan münasibətlər və stadiondakı atmosferin onları narahat etməyəcəyini deyib:

"Biz futbolçularıq. İşimizi görmək üçün buraya gəlmişik. Matçımızı oynayıb, ən yaxşı şəkildə ölkəmizə qayıtmaq istəyirik. Adətən milli komandaların oyunlarında stadion tam dolur. Belə olacağını bilirik. Özümüzü meydanda ən yaxşı şəkildə göstərəcəyik. Yalnız qələbə qazanmaq istəyirik".

Xəbər xətti