PSJ-nin müdafiəçisi Səudiyyə Ərəbistanına yollana bilər

14:42 - 31 Mart 2023

PSJ-nin müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu üçün "Əl-Hilal" illik 30 milyon avro ödəməyə hazırdır.

Ramosun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Serxio "Sevilya", "Real" klublarında oynadıqdan sonra 2021-ci ildə Paris klubuna keçmişdi.

Xəbər xətti