"Son yeddi ildə ən yaxşı oyunumuz idi"

20:30 - 1 Aprel 2023

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”(4:1) üzərində qazanılan qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, “BBC” kanalına danışan ispaniyalı komandasının oyununu ideal adlandırıb:

"Son yeddi ildə oynadığımız ən yaxşı oyun idi. Demək olar ki, ideal oynadıq. Mənə pis oynayan ən azından bir futbolçunun adını çəkin. Pis oynayan futbolçumuz olmadı".

“Mançester Siti” 29 turdan sonra 64 xalla ikinci pillədədir.

Xəbər xətti