"Liverpul" və "Mançester Yunayted"in veteranları simvolik heyəti müəyyən etdilər

21:18 - 23 May 2023

İngiltərə Premyer Liqasının cari mövsümünün simvolik heyətini "Liverpul" və "Mançester Yunayted"in keçmiş futbolçuları, hazırda isə "Sky Sports"un ekspertləri Ceymi Karrager və Qari Nevill açıqlayıb.

Sportal.az xəbər verir ki, hər iki veteran futbolçu 4-3-3 sxeminə üstünlük versə də, futbolçu seçimləri fərqli olub.

Qari Nevilin simvolik heyəti:

Nik Papa, Kiran Tripyer, Vilyam Saliba, Ruben Diaş, Purvis Estupinian, Martin Odeqaard, Rodri, Kevin De Brünye, Bukayo Saka, Erling Holland, Qabriel Martinelli

Karragerin simvolik heyəti:

Alisson Bekker, Kiran Tripyer, Ruben Diaş, Sven Botman, Aleksander Zinçenko, Martin Odeqaard, Rodri, Kevin De Brünye, Mohamed Salah, Harri Keyn, Erlinq Holland

Xəbər xətti