AFFA Tərtər stadionunda işlərin dayandırıldığını təsdiqlədi

10:21 - 26 May 2023

AFFA Tərtərdə stadionunun tikinti işlərinin dayandırılmasını təsdiqləyib. 

Sportal.az xəbər verir ki, qurum beynəlxalq futbol qurumlarının maliyyəsi ilə yenilənən şəhər arenasında inşaat işlərinin davam etdiriləcəyinə ümid edir. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bunları məsələ ilə bağlı bunları deyib: "Bəli, Tərtər stadionunda inşaat işləri dayandırılıb. Bunun səbəbi müəyyən hüquqi prosedurlardır. Hüquqi məsələlər öz həllini tapdıqdan sonra stadionda inşaat işləri bərpa oluna bilər".

AFFA rəhbərliyinin məsələyə reaksiyasını çatdıran Firuz bəyin cavabının "bərpa oluna bilər" hissəsi problemin ciddiliyindən xəbər verir. Deməli, AGİN-lə bağlı yazdıqlarımız həqiqətdir və stadion bu qurumun balansında olan ərazidə tikildiyi üçün tikinti dayandırılıb. “Bərpa olunacaq” deyil, “bərpa oluna bilər” cavabı isə məsələnin müsbət həll olunmaması ehtimalına ayaqyeri saxlayır. Firuz bəyin AFFA rəhbərliyinin mövqeyini çatdırdığını nəzərə alsaq, deməli, sözügedən şəxslər də məsələnin müsbət həllinə ümid etmir.

Gənclər və İdman Nazirliyinə eyni sualla AFFA-dan daha öncə müraciət etmişik. Təəssüf ki, bu qurum assosiasiya qədər operativ işləyə, mətbuatla normal kommunikasiya qura bilmir. Qurumun idman şöbəsi 2 gündür nörmal açıqlama vermək cəsarəti tapmayıb. Ola bilsin, bu qurumda ya kadrlar öz işini görə bilmir, ya da nazir Fərid Qayıbovun icazəsi olmadan bir-birinə salam vermək səlahiyyətləri də yoxdur.

İlanı Seyid Əhməd əli ilə tutmağa çalışırlarsa, bu, alınmayacaq. Nazirlik onun ərazisində yarım ay aparılan tikintidən necə xəbərsiz olduqlarına, işlər bir müddət davam etdikdən sonra buna qadağa qoymalarına aydınlıq gətirməlidir. Elə AFFA-ya “bu maliyyəni Gəncə stadionuna ayırın” göstərişinə də…(Futbolinfo)

Xəbər xətti