Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu - YENİLƏNİB

21:22 - 28 May 2023

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulur.

Sportal.az xəbər verir ki, bu gün 36-cı turun iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edəcək. "Bakcell Arena"dakı görüş saat 17:00-da start götürəcək.

Mövsümə "Azərsun Arena"da yekun vurulacaq. "Qarabağ" - "Turan Tovuz" matçı saat 19:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası

XXXVI tur

28 may

 Neftçi - Sabah 1:0 

Qol: Emin Mahmudov, 10

Qaçırılmış penalti:Kaşuk 60

"Bakcell Arena"

Əvvəlki oyunlar: 1:2, 2:3, 0:2

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

19:30 Qarabağ - Turan Tovuz 3:1

Qollar: Redon Cica, 2, Leandro Andrade, 48, Musa Qurbanlı, 72 - Runi Eva, 62

"Azərsun Arena"

Əvvəlki oyunlar: 3:0, 2:0, 3:2

Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”, 19:30

Xəbər xətti