Bundesliqanın ən yaxşı futbolçusunun adı bəlli oldu

13:40 - 29 May 2023

Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Sportal.az xəbər verir ki, "Borussiya"nın yarımmüdafiəçisi Cud Bellinqem bu mükafata layiq görülüb.

19 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 31 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə etmişdi.

İngiltərə millisinin üzvünün yayda “Real”a keçəcəyi gözlənilir.

Xəbər xətti