"Zirə" onunla yollarını ayıracaq

15:13 - 29 May 2023

"Zirə" yayda heyətinə qapıçı cəlb etməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, buna görə qəsəbə təmsilçisi qolkiperlərindən biri ilə yollarını ayıracaq.

Mənbənin iddiasına görə, Mehdi Cənnətovla yollar ayrılacaq. 31 yaşlı futbolçu "Sumqayıt"dan "Zirə"yə keçmişdi. O, buna qədər "Anji", "Baltika" komandalarının qapısını qoruyub.

Xəbər xətti