"Ayaks" ilk transferini gerçəkləşdirdi

19:56 - 29 May 2023

"Ayaks" yeni mövsüm öncəsi ilk transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, Niderland klubu "Tuluza" ilə müqaviləsi başa çatan Branko van den Bomeni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ayaks" azad agent statusunda olan niderlandlı yarımmüdafiəçini pulsuz heyətinə qatıb. Amsterdam klubu 27 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, Branko van den Bomen 2020-ci ilin yayından "Tuluza"da çıxış edirdi. O, cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti