"Qarabağ"da 2 ayrılıq - RƏSMİ

20:15 - 29 May 2023

“Qarabağ”da iki ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi klubun tibbi heyətində çalışan Oktay Gürsoy və Pavel Dubko ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Xəbər xətti