Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviç karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper "Vilyarreal"a keçəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
La Liqa klubu xorvatiyalı futbolçu ilə bütün şərtləri razılaşdırıb. "Vilyarreal" "Fənərbaxça"nın da transfer siyahısında olan "əlcək sahibi" ilə yaxın zamanda müqavilə imzalayacaq.
Qeyd edək ki, "Dinamo" Dominik Livakoviçi 2016-cı ilin yayında "NK Zaqreb"dən transfer edib. Təcrübəli qapıçı cari mövsümdə Xorvatiya klubunun heyətində meydana çıxdığı 49 rəsmi matçda qapısında 49 qol görüb. O, 13 qarşılaşmada "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi