"Neftçi" və "Qəbələ"də oynamış forvard ayrılıq qərarı verdi - FOTO

14:29 - 30 May 2023

"Qəbələ" və "Neftçi"nin sabiq forvardı Baqali Dabo "Apollon"dan ayrılıb.

Sportal.az xəbər verir ki, fransalı hücumçu bu barədə öz instaqram səhifəsində paylaşım edib. Azərbaycandan ayrıdlıqdan sonra Limassol klubuna keçmiş 34 yaşlı hücumçu bunları yazıb:

"Üç ildən sonra çox söz deməyə ehtiyac yoxdur. "Apollon" kitabını bağlamaq vaxtıdır. Hər şey yaxşı təcrübə idi. Kluba təşəkkür edirəm".

Dabo 2016-2018-ci illərdə “Qəbələ”, 2018-2020-ci illərdə “Neftçi” forması geyinmişdi.

Mirbağırağa

Xəbər xətti