Tanınmış futbolçu klubsuz qaldı

21:31 - 31 May 2023

Portuqaliya millisinin sabiq üzvü Nani Avstraliyanın "Melburn Viktori" klubunu tərk edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Melburn təmsilçisinin heyətində bir il ərzində cəmi 10 oyunda meydana çıxmışdı.

Təcrübəli futbolçu karyerası ərzində “Mançester Yunayted", "Sportinq", "Fənərbaxça", "Valensiya" və "Latsio" klublarının formasını geyinib. Portuqaliyalının yeni mövsümə hansı komandada başlayacağı dəqiq deyil.
 

Xəbər xətti