PSJ son oyunda məğlub oldu - VİDEO

12:07 - 4 İyun 2023

Fransa çempionatında 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, çempionluğu təmin etmiş PSJ doğma meydanda "Klermon"u qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

38 turdan sonra 85 xal toplayan PSJ mövsümü 1-ci pillədə başa vurub. Xallarını 59-a yüksəldən "Klermon" isə 8-ci olub.

PSJ - "Klermon" 2:3

Qollar: Serxio Ramos, 16, Kilian Mbappe, 21 (pen) - Joan Qasten, 24, Mehdi Zeffane, 45+1, Qredjon Key, 63

Xəbər xətti