Cüdomuz Qran Pridə bürünc medal qazandı

17:32 - 4 İyun 2023

Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirində bürünc medal qazanıb.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində -90 kq. çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək bürünc medal qazanıb.

Xəbər xətti