"Qəbələ" açıqladı: onunla yollar ayrıldı

15:41 - 5 İyun 2023

“Qəbələ” Məqsəd İsayevlə yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb.

O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi bölgə klubunun heyətində Azərbaycan kubokunun qalibi adını qazanıb.

 

Xəbər xətti