"Turan Tovuz"un futbolçusu Panama millisinə dəvət edildi

10:16 - 6 İyun 2023

"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi 11-18 iyun tarixlərində KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF "Gold Cup 2023"də Panama millisinin sərəncamında olacaq. 

Qeyd edək ki, Roderik Miller Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti