"Tottenhem"in yeni baş məşqçisi bəlli oldu

13:51 - 6 İyun 2023

“Tottenhem”in yeni baş məşqçisinin adı bəlli olub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Seltik"in keçmiş çalışdırıcısı Ange Postekoqlu London klubu ilə anlaşıb.

57 yaşlı mütəxəssislə dörd illik müqavilə imzalanıb.

O, əvvəllər “Panaxaiki”, “Brisbane Roar”, “Melburn Viktori”, “Seltik”, “Yokohama Marinos” klublarında işləyib.

Xəbər xətti