Ərəblər daha bir ulduz futbolçuya "elçi düşdü"

17:31 - 6 İyun 2023

Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, ərəblər "Tottenhem"in yarımmüdafiəçisi Son Hın Mini transfer etmək istəyir. Bu barədə "CBS Sports" nəşri məlumat yayıb.

Cənubi koreyalı futbolçunun 2024-cü ilin yayında Asiyaya üz tutacağı gözlənilir. Artıq bu istiqamətdə danışıqların başladığı bildirilir.

Qeyd edək ki, Son Hın Min "Tottenhem"ə 2015-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer olunub. 30 yaşlı vinger cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti