Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

10:32 - 7 İyun 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunları çəçivəsində iki oyun keçirəcək.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz iyulun 14-də və 17-də, Riqada, Yanis Skredeļis stadionunda Latviya yığması ilə qarşılaşacaq.

Hər iki oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər xətti