Cüdoçumuz Avropa çempionu oldu

16:26 - 8 Avqust 2023

Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, idmançımız 48 kq çəki dərəcəsində birinci yeri tutub.

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.

Xəbər xətti