"Neftçi"nin rəqibinin lideri komandanı tərk edə bilər

21:30 - 8 Avqust 2023

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" əsas futbolçularından birini itirə bilər.

Sportal.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Vensan Abubakarın xidmətində Moskva "Spartak"ı maraqlıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İstanbul təmsilçisi 6 milyon avroluya kamerunlu forvardı satmağa hazırdır.

"Beşiktaş" Vensan ABubakarı bu ilin yayında "Əl Nəssr"dən transfer edib. 31 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda keçiriləcək.

Xəbər xətti