Premyer Liqa klubundan 41 milyon avroluq transfer

16:32 - 10 Avqust 2023

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Ayaks"ın yarımmüdafiəçisi Edson Alvaresi transfer edib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" meksikalı dayaq yarımmüdafiəçisi üçün Niderland klubuna 41 milyon avro təzminat ödəyib. 25 yaşlı otta xətt oyunçusu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Ayaks" Edson Alvaresi 2019-cu ilin yayında "Amerika" klubundan transfer etmişdi. Meksika yığmasının üzvü son mövsümdə Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 44 rsəmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti