Türkiyə millisinin sabiq üzvü II Liqa klubunda

19:21 - 14 Avqust 2023

Türkiyə millisinin sabiq üzvü Umut Bulutun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu karyerasını II Liqada (səviyyəcə III) davam etdirəcək. Təcrübəli forvard "Sarıyer"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ön xətt oyunçusu II Liqanın qrırmızı qrupunda mübarizə aparan klubla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor" və "Eyüpspor"da çıxış edib. O, Türkiyə yığmasının heyətində keçirdiyi 39 rəsmi matçda 10 qol vurub.

Xəbər xətti