Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Anje"dən Batista Mendini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" 23 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 4,4 milyon avro təzminat ödəyəcək. Fransalı orta xətt oyunçusu Super Liqa təmsilçisi ilə 4+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Batista Mendi "Anje"yə 2021-ci ilin yayında "Nant"dan transfer olunmuşdu. O, komandanın heyətində meydana çıxdığı 76 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.