"Fənərbaxça"nı İstanbulun digər klubuna dəyişdi

18:19 - 14 Sentyabr 2023

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Nazım Sanqare ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nazım Sanqarenin yeni klubu da artıq bəlli olub. Türkiyə millisinin üzvü İstanbulun digər klubu "Fatih Karagümrük"lə 1 illik müqavilə imzalayıb.

Xəbər xətti