"Mingəçevir" və "Karvan"ın futbolçularına ağır cəza verildi

13:59 - 19 Sentyabr 2023

 

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Liqanın ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Karvan” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır,  “Karvan” klubu 350 manat cərimə edilir (maddə 43.5);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 65-ci dəqiqəsində “Mingəçevir” klubunun 22 nömrəli qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir (maddə 40.3);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir (maddə 43.3);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Mingəçevir” klubu 150 manat cərimə edilir (maddə 42.3);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 52.1);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

14.09.2023-cü il tarixində I Liqanın I turunun “Zaqatala” – “İrəvan” oyununda xərəkdaşıyan uşaqların sayı ilə bağlı əsasnamənin tələbləri pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);

14.09.2023-cü il tarixində I Liqanın I turunun “Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 77.1);

15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 70.1).

Xəbər xətti